Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər? - Alnına...
05 yanvar 2023 10:06 (UTC +04:00)

Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər? - Alnına...

Türkiyəli aktyor Enis Arıkan xüsusi parti ilə 40 yaşını qeyd edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kanal D"nin məşhur serialı "Camdaki Kız"ın aktyorlarından olan Enis Arıkan ötən axşam Gümüşsuyudakı "Madam Niça" məkanında ad gününü keçirib.

Aktyoru xoş günündə dostları tək qoymayıb. Gecəyə qatılanlar arasında Birce Akalay, Çağla Şıkel, Ezgi Mola, Berrak Tüzünataç, Özge Özpirinçci də olub.

Özge Özpirinçci ad günü tortunun nəhəng göz muncuğu olduğunu deyib. Dostları onun alnına da göz muncuğu yapışdırıb. Ad günündə maraqlı anlar yaşayan Berrak Tüzünataç xına ilə ilan döyməsi etdirdiyini bildirib.

Fotoları təqdim edirik:

# 2553
avatar

Fidan İlqar

Oxşar yazılar