"Diva"nın ad gününə gəlməyənlər, məclisdə barışan TANINMIŞLAR
27 yanvar 2023 11:55 (UTC +04:00)

"Diva"nın ad gününə gəlməyənlər, məclisdə barışan TANINMIŞLAR

Ötən gün Xalq artisti Aygün Kazımova özünə təmtəraqlı ad günü keçirdi. Paytaxtın lüks məkanlarının birində təşkil olunan məclisə məşhur müğənnilər, mədəniyyət və ictimaiyyət nümayəndələri axın etdi.

Lent.az-ın məlumatına görə, 52-ci yaşını təmtəraqla keçirən "diva"nın şad günündə barışan tanınmışlar da olub. Birinci addım Aygün Kazımova ilə küsülü olan aparıcı Kazım Sübhandan gəldi. O, məclisə gələrək, müğənniyə jest etdi və onunla barışdığına dair foto paylaşdı.

İkinci barışıq müğənni Nigar Camalla həmkarı Samirə Əfəndinin arasında olub.

Bundan başqa, daha öncə Aygün Kazımovanın efirdə barışdırdığı müğənni Xatun ilə rəqqasə Fatimənin səmimi görüntülərinin yayılması artıq onlar arasında incikliyin olmamasını sübut etdi.

Xatırladaq ki, ad gününü təbrik etmək üçün A. Kazımovanın xoş gününə gəlməyənlər arasında Xalq artistləri Brilliant Dadaşova, Miri Yusif, Röya Ayxan, Əməkdar artistlər Elza Seyidcahan, Aybəniz Haşımova, Xumar Qədimova, meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Rəqsanə İsmayılova, Xatirə İslam, Mətanət İsgəndərli, Mətanət Əsədova, Samir Piriyev, aparıcı  Xoşqədəm Baxşəliyeva və başqaları var.

# 3975
avatar

Nigar Namiq

Oxşar yazılar