Demet Akalının keçmiş vokalistindən ŞOK SÖZLƏR : "Karyeramı batırdı"
24 yanvar 2023 12:49 (UTC +04:00)

Demet Akalının keçmiş vokalistindən ŞOK SÖZLƏR: "Karyeramı batırdı"

“O ses Türkiye” yarışmasında populyarlaşan Ömer Topçu qatıldığı proqramda bir vaxtlar bərabər çalışdığı müğənni Demet Akalın barədə sərt sözlər deyib.

Lent.az xəbər verir ki, o, Demetlə işləməyin böyük peşmanlıq olduğunu və karyerasına zərbə vurduğunu etiraf edib:

“Demet Akalın həyatımdakı ən böyük şanssızlığım oldu. Kaş, təkbaşıma bir şeylər etsəydim. Onunla layihə işləmək karyeramı batıracaqdı. Altı il birlikdə çalışdıq və ona çox bağlandım. Çox böyük bir inciklik var ürəyimdə. O qırılmadı, mən qırıldım. İndi “Merve Özbey mənim vokalistimdir”, - deyərək, öyünür. Amma sən ona bir şey etmədin axı. Sənin yanında illərdir çalışdı. Bir gün Erdem Kınay gəldi və onu apardı. Başqasının bacardığı iş ilə öyünürsən. Həmişə özünü ön planda tutub məndən istifadə etdi”.

Qeyd edək ki, Demet Akalın bu ittihamlara hələ ki heç bir cavab verməyib.


 

# 2073
avatar

Nigar Namiq

Oxşar yazılar