Demet Akalın bir çanta pulu Serdar Ortaca niyə verib?
05 iyun 2023 13:29 (UTC +04:00)

Demet Akalın bir çanta pulu Serdar Ortaca niyə verib?

 “Bir mahnı yazdım və telefonda Demet Akalın üçün zümzümə etdim. Mahnını ona satmaq niyyətim yox idi”.

Lent.az-ın xəbərinə görə, bu sözləri sosial şəbəkə hesabında açdığı canlı yayımda müğənni və bəstəkar Serdar Ortac səsləndirib.

“Telefonda mahnını ona oxuduğum gün qapım döyüdü. Demet Akalın idi, durub bizə gəlmişdi. Dedi bu mahnını istəyirəm. Mən də dedim, onu satmıram, özüm oxuyacam. Demet çantasını açıb, masanın üstünə boşaltdı. Çantadan pul bağlamaları töküldü. Bunu görüncə fikrimi dəyişdim. Verdim getdi”,- deyə o bildirib.

Serdar Ortac Demet Akalının ondan bir çanta pul müqabilində satın aldığı bəstənin adını da çəkib. Bu “Bittim” adlı mahnıdır.
 

# 1884
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar