Damlanın foto-sessiyaları PLAGİATDIR? - AÇIQLAMA
27 fevral 2023 18:50 (UTC +04:00)

Damlanın foto-sessiyaları PLAGİATDIR? - AÇIQLAMA

Ötən həftə qalmaqallı foto-sessiyası ilə tənqid olunan müğənni Damla yenə insanları fərqli addımı ilə təəccübləndirməyi bacarmayıb. 

Lent.az xəbər verir ki, "Instagram" hesabında başına çox sayda sancaq düzdürən müğənni kameraya poza verib. 

Onun bu paylaşımına "Elza Seyidcahanı geridə qoyub artıq", "Biri ona dayan desin", "Kimdir səni kloun vəziyyətinə salan?", "Üzərinizdə hər şey var, stilistiniz kimdirsə, onunla yolları ayırın" və s. kimi şərhlər yazılıb.

Hətta Damlanın etdiyi eyni obrazı və imici illər öncə fotodakı model edib. Müğənninin plagiata əl atması iddia olunur. 

Məsələ ilə bağlı Damla xanımın meneceri ilə əlaqə saxladıq. O, bildirdi ki, müğənni foto-sessiyalarındakı imicini dünya ulduzlarından təkrarlayır. Yəni Azərbaycanda yenilik etməyə çalışır:

"Vallah, plagiat-filan deyil. Çalışırıq, dünya ulduzlarının imicini Azərbaycanda təkrarlayaq. Azərbaycanlı məşhurlardan heç kimi kopyalamırıq".

Xatırladaq ki, Damlanın daha öncə tibbi sarğıdan özünə hicab bağlatdırması kifayət qədər müzakirələrə səbəb olmuşdu. 

# 3138
avatar

Nigar Namiq

Oxşar yazılar