Damla məşhur repçi ilə duet oxuyacaq - EKSKLÜZİV
16 avqust 2022 13:14 (UTC +04:00)

Damla məşhur repçi ilə duet oxuyacaq - EKSKLÜZİV

Müğənni Damla məşhur repçi Rüzgarla (Aydın Hüseynov) duet üçün bir araya gəlib.

Bu barədə repçi özü Lent.az-a açıqlamasında deyib. O bildirib ki, hazırda layihənin üzərində çalışırlar:

"Bir gün zəng gəldi, dedilər ki, sizinlə duet ortağı olmaq istəyən var. Sonra məlum oldu ki, Damla xanımdır. Bir neçə il əvvəl mənə deyilsəydi ki, Damla duet ortağım olacaq, "yox" deyərdim. Amma bir sənətçi kimi düşünürəm ki, o da ifaçıdır, mən də. Trekin adı "Aşiqlər"dir. Çox maraqlı trek alınıb. Hazırda klipimiz də çəkilir. Yaxın günlərdə paylaşılacaq". 

Qeyd edək ki, bu, Damlanın repçi ilə, həmçinin Rüzgarın da müğənni ilə ilk duetidir. 

# 4185
avatar

Nigar Namiq

Oxşar yazılar