Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı - 67 dənə olub
01 iyun 2023 12:01 (UTC +04:00)

Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı - 67 dənə olub

“Məni maşın almaq dala saldı. Yoxsa daha imkanlı olardım. Baha alıb ucuz satmışam”. 

Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Cavanşir Məmmədov səsləndirib.

“Nəvəm siyahısını tutub. Bu günə qədər 67 maşınım olub. İlk maşınım “Jiquli” markalı 2101 olub. Ən bahalı maşınım isə “Rolls Royce Long” idi. Dolların 78 qəpik olan vaxtında 480 min dollara almışdım. 150 minə satdım. 2010-cu ildə dünya şou biznesində o maşından heç kimdə yox idi. İstədim bir ilk olsun. Adım tarixə düşsün. Söhbət Longdan gedir. Long o biri maşınlardan 100000 bahadır. Bu maşın Dubay şeyxlərindən birinin maşınıydı. Şeyxlər maşın satmılrlar. Mən ona disk göndərmişdim. O da mənə öz paltarını hədiyyə etdi və həmin avtomobili satdı. Onun sürücüsü oğlumun dostudur. O diskdə bir ərəb mahnısı oxumuşdum. O da demişdi bu maşın və paltarla klip çəkdirərsən. Amma mən çəkdirmədim. Özümü göstərməyi sevmirəm. Amma Sevda Yəhyayeva mənim maşınımla klip çəkdirib”,- deyə o bildirib.

 Müğənni qeyd edib ki, bu günə qədər alıb satdığı maşınlarda ümumilikdə 500000 dollardan çox pul itirib.

# 2742
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar