Castin Biber bütün mahnılarını ŞOK QİYMƏTƏ  satdı
25 yanvar 2023 15:41 (UTC +04:00)

Castin Biber bütün mahnılarını ŞOK QİYMƏTƏ satdı

Dünya şöhrətli pop ulduz Castin Biber yazdırdığı bütün musiqilərinin yayım haqlarını satıb.

Lent.az xəbər verir ki, onun 31 dekabr 2021-ci ilə qədər təqdim etdiyi bütün mahnılarını Merck Mercuriadisin musiqi şirkətinə 200 milyon dollara satdığı məlum olub.

"BBC"nin məlumatına görə, bu, o deməkdir ki, artıq Castinin mahnılarını ictimai yerlərdə səsləndirmək üçün musiqi şirkətinə müəllif hüquqlarına əsasən, pul ödənilməlidir.

Qeyd edək ki, 290 ədəd mahnının arasında ən çox dinlənilən "Baby" və "Sorry" mahnıları da var.

Xatırladaq ki, daha öncə musiqi şirkəti başqa bir müğəninin, Castin Timberleykin mahnılarını 100 milyon dollara almışdı. 

# 1989
avatar

Nigar Namiq

Oxşar yazılar