Serdar Ortaç səhnədə yıxıldı
13 iyun 2022 18:14 (UTC +04:00)

Serdar Ortaç səhnədə yıxıldı

"Buraxın məni, Gülbənəm mən?!" - Serdar səhnədə... - VİDEO

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın başına iş gəlib.

Lent.az xəbər verir ki, bir müddətdir sağlamlıq problemləri yaşayan ifaçı ötən gün anasının da olduğu konserti zamanı səhnədə yerə yıxılıb.

Mühafizəçilərin yardımı ilə ayağa qalxan Serdar bir müddət əvvəl səhnədə yıxılan həmkarı Gülben Ergenə söz ataraq deyib:

"Düşdüm, nə olacaq ki? 2 dəqiqəlik düşdüm, nə olacaq? Amma nə qəşəng düşdüm... Buraxın məni, Gülbənəm ki?".

O, daha sonra konsertə qaldığı yerdən davam edib. 

Qeyd edək ki,konsert boyunca səs sistemlərində texniki problemlər də yaranıb. 

Serdar Ortaç səhnədə yıxıldı

# 4476
avatar

Nigar Namiq

Oxşar yazılar