"Bunu  lağ mövzusuna   çevirməyək" - Damla
08 dekabr 2022 18:37 (UTC +04:00)

"Bunu lağ mövzusuna çevirməyək" - Damla

Müğənni Damla yenə paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, "TikTok"da onun sosial şəbəkəsi ilə bağlı paylaşım ediblər. Paylaşımda guya müğənni ilə bir şəxsin dialoqu əks olunub və hansısa ifaçının səsi əlavə olunub.

Damla bunu "Instagram" hesabında yayaraq, "bunu kim montaj edibsə, əfsuslar olsun. Bunu lağ mövzusuna çevirməyək. Kiminsə qüruru ilə oynamaq olmaz. Bu montajdan xəbərim yoxdur", - yazıb. 

Qeyd edək ki, Damlanın başına daha öncə bu tip hadisə gəlmişdi. 

# 5775
avatar

Nigar Namiq

Oxşar yazılar