Britni Spirsin kitabı təxirə salındı -  İntim etiraflarına   görə
08 may 2023 19:14 (UTC +04:00)

Britni Spirsin kitabı təxirə salındı - İntim etiraflarına görə

Britni Spirs uşaqlıq illərini, ən müdafiəsiz günlərini, Castin Timberleykdan ayrılığını, babasının hamiliyindən qurtarmaq üçün verdiyi mübarizəni ən xırda  detalına qədər təsvir edən  avtobiqorafik kitab yazacağını bəyan edib. 

Lent.az-ın xəbərinə görə, bir zamanlar narkotik asılılığından əziyyət çəkən, buna görə karyerasında fasilə verməli olan müğənni bir çox məşhur adamlarla cinsi münasibətləri barədə yazacağını da deyib. Məhz bu açıqlama gündəmə bomba kimi düşüb və müəyyən qüvvələr Britninin kitabının dərc olunmaması üçün hərəkətə keçiblər.

Britni Spirsin vəkili bəyan edib ki, onu tanıyan və adının kitaba düşməsini istəməyən nüfuzlu şəxslər müğənnini təhdid edir, kitabın dərc olunmaması üçün təzyiq göstərirlər.

Elə bu məlumatın özü Britni Spirsin hələ yazılmamış kitabına böyük maraq oyadıb. Bəzi mənbələr məlumatın reklam məqsədilə yayıldığını yazırlar.

 

# 2361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar