Brilliant Dadaşovadan Rafael Dadaşova gecikmiş  ÜZRXAHLIQ  - VİDEO
16 mart 2023 15:30 (UTC +04:00)

Brilliant Dadaşovadan Rafael Dadaşova gecikmiş ÜZRXAHLIQ - VİDEO

Xalq artisti Brilliant Dadaşova mərhum aktyor, əmisi oğlu Rafael Dadaşovun anım günü ilə bağlı paylaşım edib.

Lent.az-ın məlumatına görə, müğənni mərhumun xəstəliyi barədə paylaşımında üzüntüsünü belə ifadə edib:

"Rafa, heyif sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik, heyf, amma gec oldu”.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov 2020-ci ildə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. 

Xalq artisti Brilliant Dadaşova əmisi oğlu, mərhum aktyor Rafael Dadaşov haqqında anım paylaşımı edib

# 4416
avatar

Nigar Namiq

Oxşar yazılar