“Boynumu qulağımın ardına, üzümü qulağımın içinə dartdılar”: Safiye Soyman
04 may 2023 14:15 (UTC +04:00)

“Boynumu qulağımın ardına, üzümü qulağımın içinə dartdılar”: Safiye Soyman

“Üzüm qırışmasın deyə, gecələr arxası üstə yatıram”. 

Lent.az-ın xəbərinə görə, bu fikirləri türkiyəli müğənni Safiye Soyman qatıldığı televiziya proqramlarından birində səsləndirib.

Mart ayında boyun gərdirmə əməliyyatı keçirən müğənni ilk dəfə ekranda keçirdiyi bütün estetik əməliyyatlardan danışdı.

“Boynumu da, üzümü də gərdirdim. Boynumu qulağımın arxasına,üzümü qulağımın içinə dartıb topladılar. Üzümdə dolqu etdirmədim. Üzüm  onsuz da dolu və ətli idi.Yanaq xətlərim daha aydın görünsün deyə fransız asqısı etdirmişəm”,- deyən müğənni göz qapaqlarının da estetik əməliyyat olunduğunu bildirib.
 

# 2568
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar