"Bir də görəcəksiniz yığdım əşyalarımı, getdim" - Azərbaycanlı müğənni
28 may 2022 13:10 (UTC +04:00)

"Bir də görəcəksiniz yığdım əşyalarımı, getdim" - Azərbaycanlı müğənni

"Heç özüm də bilmirəm, necəyəm. Yalandan deyim, yaxşıyam? Yaxşı deyiləm, depressiyadayam".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Günün sədası" verilişində deyib.

Sənətçi son günlər evə qapandığını, depressiyaya düşdüyünü deyib:

"Çox pis an yaşayıram. Evə qapanmışam, evdən küçəyə çıxmıram. Ona görə də kimdənsə, "necəsən?" sözünü soruşmaq istəmirəm. Yüküm o qədər çoxdur ki, başqasının ağrısını eşitmək istəmirəm. Gülürəm ki, guya hər şey yaxşıdır. Amma yaxşı deyil. İstəyərəm Azərbaycandan bir illik gedim. Bütün neqativi burada qoyum, çıxım, gedim. Vallah getmək istəyirəm. Evdə deyirəm ki, bir də görəcəksiniz yığdım əşyalarımı, getdim". 

# 3150
avatar

Nigar Namiq

Oxşar yazılar