Ben Afflek və Cennifer Lopez kameralar qarşısında DALAŞDI
12 may 2023 09:49 (UTC +04:00)

Ben Afflek və Cennifer Lopez kameralar qarşısında DALAŞDI

Dünyaca məşhur aktyorlar Ben Affleck və Jennifer Lopez kameraların qarşısında mübahisə edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il nikah masasına əyləşən Cennifer Lopez və Ben Afflek qatıldıqları "Gala gecəsi"ndə kamera qarşısına keçərək gərgin anlar yaşayıblar.

Münasibətlərini 21 il əvvəl pozan Ben Afflek və Cennifer Lopez ötən ilin iyulunda möhtəşəm toyla evləniblər. Evliliklərini gözləri qarşısında yaşayan və zaman-zaman romantik pozaları ilə gündəmə gələn cütlük mayın 12-də vizyona girəcək “Ana” filminin "Gala gecəsi"nə qatılıb.

Qırmızı xalçada poza vermək üçün kamera qarşısına keçən cütlük bir müddət naməlum səbəbdən mübahisə edib. Müzakirə zamanı Lopez əri Benə qol və əl jestləri edərkən görüntülənib. Cütlük daha sonra öpüşərək poza veriblər. İkilinin heç kimə əhəmiyyət vermədən mübahisə etdiyi anları görən pərəstişkarları evlilikdə böhran olduğunu iddia ediblər.

Davamlı olaraq kameralar qarşısında mübahisə edən cütlük əvvəllər də yanvarın 18-də “Ov tüfənginin toyu” filminin "Gala gecəsi"ndə mübahisə edərkən kameralara tuş gəlib.

Dünyaca ünlü oyuncu Ben Affleck ve Jennifer Lopez, kameraların önünde tartıştı

Dünyaca ünlü oyuncu Ben Affleck ve Jennifer Lopez, kameraların önünde tartıştı

# 3279
avatar

Fidan İlqar

Oxşar yazılar