Bəhram Bağırzadə
22 may 2022 11:09 (UTC +04:00)

Bəhram Bağırzadə

Bəhram Bağırzadə üzr istədi - SƏBƏB -VİDEO

Əməkdar artist Bəhram Bağırzadə fiziki məhdudiyyətli şəxslə yayımladığı videosuna görə üzr istəyib.

Lent.az xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkədə yaydığı videoda həmin şəxslə bir araya gələn aktyor bunu pis niyyətlə etmədiyini bildirib:

"Bu yaxınlarda bir jurnalist mənə sual verdi ki, həyatında ağır günün olub? Dedim ki, olmayıb, amma bəlkə gələcəkdə oldu. Əfsuslar olsun ki, iki gün əvvəl oldu. İki gecədir özümə gələ bilmirəm, yatmıram, fikir çəkirəm. Çünki Allahın bəndəsinin haqqına girmişəm,qəlbinə toxunmuşam. Ən maraqlısı isə odur ki, videodakı vətəndaş mənim qonşumdur, eyni məhəllədə qalırıq. Neçə ildir salam-sağolumuz var. Həmin gün TikTok-da məsləhət verilişi açmışdım. Orada sıravi vətəndaşlara sual verdim. Onlar da öz peşələri barədə məsləhət verməli idi. İlk qarşıma çıxan isə qonşum oldu və sualı ona ünvanladım. Çox emosional idim, evə gələn kimi videonu yayımladım. Özüm də heç hiss etmədim ki, başıma belə bir iş gələ bilər. Kiminsə qəlbinə toxunmuşamsa, üzr istəyirəm. İlk növbədə də Araz qardaşımdan".

Xatırladaq ki, Bəhram Bağırzadə sözügedən videoda fiziki məhdudiyyətli şəxsin etirazına məhəl qoymadan onu videoya çəkmişdi. Təkidlə suallarına cavab alan aktyorun bu hərəkəti izləyicilərin tənqidinə səbəb olmuşdu.

# 4521
avatar

Oxşar yazılar

Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49
Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

24 aprel 2024 , 13:37