"Arvadını zorladı" deyilən aktyoru hamı ayaq üstə alqışladı - Kövrəldi
18 may 2023 11:07 (UTC +04:00)

"Arvadını zorladı" deyilən aktyoru hamı ayaq üstə alqışladı - Kövrəldi

Kann Kino Festivalında Hollivud ulduzu Conni Depp xüsusi diqqətlə qarşılanıb. İzləyicilər səhnəyə çıxan aktyoru 7 dəqiqə ayaq üstə alqışlayıblar.

Lent.az-ın xəbərinə görə, keçmiş arvadı Ember Hard ərinin haqqında xoş olmayan iddialar səsləndirdikdən sonra kino şirkətləri aktyorla işləmək istəmirdilər.

Belə ki, keçmiş xanımı ərinin onu döydüyünü və zorladığını demişdi. Hamı Conninin ulduzunun söndüyünü sanırdı.

Fransalı rejissor Malvenin Fransa kralı XV Luisin həyatı barədə çəkdiyi filmdə baş rolda oynayan aktyor səhnəyə çıxan kimi gurultulu alqışlarla qarşılanıb.

Coni Dep gözləmədiyi bu sevgi selini göz yaşları içində izləyib.

Fransalı aktyor Pyer Rişar Coni Deppə xüsusi diqqət göstərib.


 
 

# 3312
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar