Arnold Şvartsenegger Ukrayna ilə bağlı  KLİPƏ ÇƏKİLDİ   -  VİDEO
12 yanvar 2023 15:45 (UTC +04:00)

Arnold Şvartsenegger Ukrayna ilə bağlı KLİPƏ ÇƏKİLDİ - VİDEO

"Eurovision 2022"nin qalibi olan "Kaluş Orkestri" qrupu yeni kliplərini təqdim edib. 

Lent.az xəbər verir ki, yayımlanan videoda məşhur aktyor Arnold Şvartsenegger də yer alıb. Çəkilişlər Los-Anceles küçələrində baş tutub. 

Bundan başqa, musiqiçilər aktyor Arnold Şvartsenegger ilə görüşmək və Ukraynadakı müharibəni müzakirə etmək imkanı əldə ediblər. Aktyor isə onlara müsbət reaksiya verərək, klipdə çəkilməyi qəbul edib.

Videoçarxın əvvəlində "Bu, bütün Ukrayna xalqı üçün güclü mesajdır. Xüsusilə indiki bu çox çətin zamanda. Hər kəsin arzusu var və hər kəs onu reallaşdıra bilər" - yazılıb.

Videoçarxı təqdim edirik:

Kalush Orchestra - Shchedryi Vechir

# 2475
avatar

Nigar Namiq

Oxşar yazılar