“Ailə dağıtmaq üçün qapıma gələn məşhurlar olub” – Tanınmış ekstrasens
20 may 2022 09:29 (UTC +04:00)

“Ailə dağıtmaq üçün qapıma gələn məşhurlar olub” – Tanınmış ekstrasens

Parapsixoloq, ekstrasens Həsən Həsrətli Lent.az-ın canlı efirində ona müraciət edən məşhurlardan danışıb.

Lent.az-ın məlumatına görə, ektrasens vurğulayıb ki, onun qəbuluna düşmək istəyən çox məşhur olub. O, “ən çox nəyə görə müraciət edirlər?” sualına cavabında isə deyib:

“Müraciət edən çox məşhur həmişə olub, amma mən qəbul etməmişəm. Hamısı bir-birinin evini dağıtmaq, pislik etdirmək üçün gəliblər. Mənim adım vaxtilə qara magiya ilə məşğul olan adam kimi hallanıb deyə müraciət edirdilər. Efirdə mənlə dalaşan insanlar gəlib deyirlər ki, qurban olum, filan problemimi həll elə. Misal üçün, qadın gəlir bacısının ərini özünə bağlamaq istəyir, bacı gəlir, bacısının qızının bəxtini bağlatmağa... Çox şeylər üçün gəliblər. Həmin adamları qapımdan qovmuşam. İnsanlara belə şeylərdən uzaq olmağa çağırmışam. Çünki, nə qədər belə şeylər etsəniz, gec-tez qarşınıza çıxacaq”.  
 

Ekstrasens ona müraciət edən məşhurlar haqda danışdı

# 5217
avatar

Nigar Namiq

Oxşar yazılar