“Ağlamaq, bağırmaq istəyirsən” - Vüsalə Əlizadə
26 may 2023 11:06 (UTC +04:00)

“Ağlamaq, bağırmaq istəyirsən” - Vüsalə Əlizadə

Aparıcı Vüsalə Əlizadə öz sosial şəbəkə hesabındakı romantik və hüznlü paylaşımı ilə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o, tək olduğunu və özəl günlərində yalnız qaldığı üçün hüznləndiyini qələmə alıb.

"Özəl günlər olur. Tək olduğunu daha çox o günlərdə hiss edirsən. Hönkür-hönkür ağlamaq, səsin yetdiyi qədər bağırmaq istəyirsən. Titrəyir diz, dolur göz, düyünlənir boğazında iki söz. Sən güclüsən, yenə döz", deyə aparıcı bildirib.

Qeyd edək ki, Vüsalə Əlizadə bir dəfə öz həmkarı Azər İsmayılov ilə evlənib və boşanıb. Onun bu nikahdan bir qızı var.
 

# 3612
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar