79 yaşlı Robert De Niro   yeddinci dəfə ata oldu
10 may 2023 09:43 (UTC +04:00)

79 yaşlı Robert De Niro yeddinci dəfə ata oldu

Dünya şöhrətli aktyor Robert De Niro 79 yaşında yeddinci dəfə ata olub. 

Lent.az xəbər verir ki, De Niro bu xəbəri "Atam haqqında" adlı son filmindən danışarkən açıqlayıb. 

“Yeddinci dəfə ata oldum. Təzəcə uşağım oldu”, - aktyor bildirib.

O, uşağın anasının kimliyi haqqında heç nə deməyib. Aktyor ikinci həyat yoldaşı Qreys Haytauerdən 2018-ci ildə ayılıb. De Nironun bu evlilikdən 2, keçmiş sevgilisi Tuki Smitdən  əkiz oğulları, birinci evlilikdən isə iki uşağı var. 

Qeyd edək ki, Robert De Niro “Xaç atası”, “Taxi driver”, “Irishman”  kimi dünya şöhrətli filmlərdə rol alıb. 

# 2808
avatar

Sevinc Fərid

Oxşar yazılar