"2023 MET Qala"nın ev sahibləri AÇIQLANDI
19 yanvar 2023 12:41 (UTC +04:00)

"2023 MET Qala"nın ev sahibləri AÇIQLANDI

2023 "MET Qala"nın ev sahibləri bəlli olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, moda dünyasının ən prestijli gecəsi kimi tanınan və hər il Nyu-York Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutuna kömək məqsədi ilə təşkil edilən "MET Qala" gecəsinə hansı məşhur adların ev sahibliyi edəcəyi açıqlanıb.

"2023 MET Gala"nı aktrisa Penelope Cruz, məşhur tennisçi Rocer Federer, aktrisa Michaela Coel və müğənni Dua Lipa, həmçinin Vogue jurnalının baş redaktoru Anna Vinturdan ibarət komanda aparacaq.

Metropolitan İncəsənət Muzeyinin Kostyum İnstitutuna aid illik xeyriyyə qalası bu il mayın 1-də keçiriləcək.

Hər il müəyyən bir mövzu üzərində dayanan "MET Gala"nın direktorlarından Maks Holleyn ötən aylarda 2023-cü ildə qala gecəsinin 85 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edən alman dizayner Karl Lagerfeldə həsr ediləcəyini açıqlanıb.

Tədbiri Karl Lagerfeld brendi Fendi və Condé Nast ilə birlikdə şounun əsas sponsorlarından biri Chanel idarə edəcək. Bu brendlərlə yanaşı Balmain, Patou və Chloé brendləri də sərgilənəcək. Hər il olduğu kimi, mayın 1-də baş tutacaq tədbirdə kimlərin görünəcəyi maraq doğurur.

# 3042
avatar

Fidan İlqar

Oxşar yazılar