Vermeşil şorbasını belə hazırlayın – Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
20 fevral 2020 19:52 (UTC +04:00)

Vermeşil şorbasını belə hazırlayın – Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bizim mətbəx” adı ilə bilinən səhifəyə istinadla vermeşil şorbasının necə hazırlanması ilə tanış edəcəyik.

Ərzaqlar:

2 xörək qaşığı zeytun yağı

1 diş sarımsaq – xırda-xırda doğrayın

1 ədəd qırmızı baş soğan – xırda-xırda doğrayın

2 ədəd yerkökü – xırda-xırda doğrayın

2 kərəviz sapı – xırda-xırda doğrayın

1 ədəd kabaçok – xırda-xırda doğrayın

1 ədəd balaca pırasa – yuyun və xırda-xırda doğrayın

Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) – zəruri deyil

1 ədəd dəfnə yarpağı

2 ədəd 400-qramlıq konservləşmiş doğranmış pomidor

1 ədəd orta boy kartof – kubiklər şəklində kəsin

1 stəkan gülkələmin “gülləri”

1 ədəd 400-qramlır konservləşmiş ağ lobya – süzün (qurusundan da olar)

4 stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)

Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi – doğrayın (2 stəkan alınmalıdır)

Yarım stəkan əllə qırılmış spagetti makaronu

Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)

Duz və istiot

5 xörək qaşığı rəndələnmiş parmezan pendiri.

Hazırlanma qaydası:

İri qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü, kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər yumuşalanadək bişirin.

Pomidor, kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin. Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqə, yaxud kartof yumuşalanadək bişirin.
Qazana 2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və spagetti makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron bi
şməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.

İstəyə görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan əlavə edib, qarışdırmaq olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabda süfrəyə parmezan pendiri verin. Hər kəs zövqə görə öz şorbasına pendirdən səpə bilər.

Nuş olsun!

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5871
avatar

Oxşar yazılar