Şəkərbura necə hazırlanır? – Usta sirlərini açır: Lent.az-ın mətbəxi
12 mart 2020 19:08 (UTC +04:00)

Şəkərbura necə hazırlanır? – Usta sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik. Bayram ərəfəsi olduğundan bu gün "Youtube"də fəaliyyət göstərən “Biş-düş Babayeva” səhifəsinə istinadən şəkərburanın  necə hazırlanmasını təqdim edirik.

Lazım olan ərzaqlar:

Xəmir üçün 600 qram un,

150 qram yağ,

100 qram xama,

1 yumurtanın sarısı,

1/3 stəkan süd,

1/5 çay qaşığı duz,

1/5 çay qaşığı maya,

1 xörək qaşığı şəkər tozu.

İçlik üçün:

300 qram fındıq

200 qram şəkər pudrası

150 qram şəkər tozu

hil zövqə görə.

Hazırlanması:

Əvvəlcə bərk xəmir yoğurulur. Balaca kündələr hazırlanır və yayılır. Daha sonra hazırlanmış içlik doldurulur, bükülür və naxış vurulur. Naxışlanmanı bitirdikdən sonra sobada bişirilir.

Nuş olsun.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11249
avatar

Oxşar yazılar