Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Bizim mətbəx” adlı səhifəyə istinadla "pryanik"in necə hazırlanması ilə tanış edəcəyik.
Lazım olan ərzaqlar:
400 qram xama
2 yumurtanın sarısı
1 stəkan şəkər tozu
2 paket qabardıcı
2 xörək qaşığı duru yağ
Vanil
1 çimdik duz
Apardığı qədər un (xəmir bərk olmamalıdır)
Hazırlanması:
Ərzaqların hamsını qarışdırın. Yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin. 180-200 dərəcə isinmiş sobada qızarana qədər bişirin.
2 yumurtanın ağını 250 qram şəkər pudrası ilə çalın.
Alınmış qlazuru "pryanik"lərin üzərinə səpin. Şirniyyatımız hazırdır.
Nuş olsun!