Qızılca peyvəndi koronavirusdan qoruya bilərmi? - Tədqiqatın nəticələri
21 iyun 2020 18:58 (UTC +04:00)

Qızılca peyvəndi koronavirusdan qoruya bilərmi? - Tədqiqatın nəticələri

Koronavirusa qarşı dərmanın effektivliyi testin bütün zəruri mərhələlərini keçməyincə, qeyri-müəyyən bir müddət keçə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu səbəblə fərqli ölkələrin alimləri COVID-19 olan xəstələrə terapevtik təsir göstərə biləcək hazır məhsullar tapmağa çalışırlar. 
Bu dəfə alimlər uşaqlıqda qızartı və qızılca xəstəliyinə qarşı istifadə olunan peyvəndi sınaqdan keçiriblər. Tədqiqatla ABŞ-dan olan mütəxəssislər məşğul olublar. Tədqiqatın nəticələri ürəkaçandır.
Peyvənd koronavirusa qarşı yaxşı bir müdafiə rolunu oynaya bilər. Həm də COVID-19-un daha yüngül formada keçməsinə səbəb olur.
Ancaq bu məlumatlar hələ təcrübədə təsdiqini tapmayıb.
Həkimlər hesab edir ki, məhz bu səbəbdən kiçik uşaqlar və gənc nəslin nümayəndələri koronavirusa daha asanlıqla dözürlər.
Mütəxəssislərin nəticələri tam təsdiqlənərsə, qızılca xəstəliyinə qarşı təkrar peyvənd yaşlı insanlara da tövsiyə ediləcəkdir.
Elm adamları heyvanlar üzərində, daha sonra insanlarda sınaq keçirdikdən sonra təxminlərini təsdiqləməyi planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6328
avatar

Oxşar yazılar