Dadı ilə yayın əvəzsiz meyvəsi olan gilas haqqında nələri bilirik? Mütəxəssislər söyləyir ki, gündə 1 stəkan gilas yemək, ürək, mədə, böyrək və qara ciyərin sağlamlığı üçün faydalıdır. Lakin onu da çox istifadə etmək orqanizmə zərər verə bilər.
Lent.az xarici KİV-ə istinadla, hər gün 150 qr gilas yeməyin faydalarını sizə təqdim edir.
Qastroenteroloq Dr.Vedat Göral bu miqdarın ürək, mədə, böyrək və qara ciyərin sağlamlığını qorumaqla yanaşı, xərçəng və infarkt riskini azaltdığını, saçları və dərini gözəlləşdirdiyini də vurğulayıb:
"Gilas tərkibindəki güclü antioksidan olan antosiyanin sayəsində xərçəng riskini azaldaraq ürək və qaraciyərə müsbət təsir göstərir”.
Mütəxəssis gilasın gündə 150 qramdan artıq istifadəsinin faydasından çox zərəri ola biləcəyini bildirib. Belə ki artıq istifadə, kökəlməyə və qara ciyər yağlanmasına səbəb ola bilər. O, gilas sapından hazırlanmış çayın faydalı olduğunu söyləyib. Belə ki, gilas sapından hazırlanmış çay, toksinləri, yəni zəhərli maddələri bədəndən çıxarır. Bundan əlavə o qan dövranını sürətləndirir və qan hüceyrələri yaratmağa kömək edir.
Gilasın tərkibi saçı zədələnmədən və qırılmadan qoruyan, baş dərisini nəmləndirən “B” və “C” vitamini ilə də zəngindir. C vitamini dəriyə təbii işıltı bəxş etməklə yanaşı, rahat yuxunu da təmin edir.
Hər gün 150 qram gilas yemək, orqanizmin gündəlik C vitamininə olan tələbatının 18/100-i, kaliumun 10/100-u, misin 5/100-i təmin edir.
Banu