Evdə it saxlamağın uşaqların yetkinlik dövrlərində şizofreniya xəstəliyinə tutulma riskini azaltdığı açıqlandı.
“ScienceDaily”nin xəbərinə görə, ABŞ-dakı Can Hopkins xəstəxanasında vəzifəli elm adamı Robert Yolken liderliyində aparılan və nəticələri “PLOS One” jurnalında dərc olunan araşdırmada 396-sı şizofreniyalı, 38-i bipolar, 594-ü nəzarət qrupunda olan min 371 qadın və kişi tədqiq edilib.
Araşdırma nəticəsində 18-65 yaşındakı iştirakçılara həyatlarının ilk 12 ilində evlərində it yaxud da pişik saşlayıb saxlamadıqları sualı verildi.
Əldə olunan nəticələr 13 yaşından əvvəl evlərində it saxlayan iştirakçıların yetkinlikdə şizofreniyaya tutulma ehtimalının 24 faizə düşdüyünü ortaya qoydu.
Dha əvvəl aparılan araşdırmalar kiçik yaşda pişik yaxud itlərə məruz qalmağın alergiyaya tutulmaları ilə heyvanlardan yoluxan bakteriya və viruslarla təmas daxil müxtəlif şəkillərdə immunitet sistəmini dəyişə biləcəyini, əhliləşmiş heyvanların strəsi azaltmasının, beyindəki kimyaya təsirinin ola biləcəyini ortaya qoymuşdu.
(TRT)