Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla dietik “Qarabaşaq plov”unun hazırlanmasını təqdim edirik.
Yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlar:
400 qram qarabaşaq
600 qram balqabaq
Hazırlanması
Yeməyi hazırlamaq üçün iki saat isladılmış qarabaşaqla doğranmış balqabaq qat-qat qazana yığılır. Üzərinə şabalıd və turşu əlavə olunur. Duz, sarıkök əlavə olunur.
Bir stəkan su əlavə etdikdən sonra yemək bişirilir.
Nuş olsun!