Ələ keçirilən narkotik
06 yanvar 2022 15:44 (UTC +04:00)

Ələ keçirilən narkotik

Narkokuryer SEYİD tutuldu: "Xuda məni bağışlamadı"

Bakıda saxlanılan narkokuryer Xudaverdi Allahverdiyev polisə şok ifadə verib.

Lent.az-ın məlumatına görə, o, özünün seyid olduğunu deyib:

"Kimsə inanmaz ki, mən - Xudaverdi Allahverdiyev narkotika sata bilərəm. Çünki hamıya özümü seyid kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyf oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı..." 

***

Saat: 12:47

Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələr satdığı üçün izini itirmək məqsədilə yaşayış ünvanlarını tez-tez dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edəndə saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda narkokuryer tutuldu

# 3573
avatar

Mehman Nəbiyev

Oxşar yazılar