Bakı polisindən XÜSUSİ ƏMƏLİYYAT:  Dörd əsas şəxs saxlanıldı  - VİDEO
02 may 2022 16:24 (UTC +04:00)

Bakı polisindən XÜSUSİ ƏMƏLİYYAT: Dörd əsas şəxs saxlanıldı - VİDEO

Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının mayın 1-də keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub.

Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik vasitələrin tədarükünü həyata keçirən əsas şəxslər, qalan 11 nəfəri isə onlar üçün narkokuryerlik edənlər olub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

# 5904
avatar

Oxşar yazılar