Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi
26 fevral 2014 13:22 (UTC +04:00)

Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi

Baş nazir Artur Rəsizadə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edməsi haqqında qərar imzalayıb. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunan dəyişiklik avtomobil benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır.

 

Qərarda əsasən , 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar