Yeni yaradılmış qurumdan açıqlama:<span style="color:red;"> "Bu, böyük etimaddır"
10 fevral 2015 14:55 (UTC +04:00)

Yeni yaradılmış qurumdan açıqlama: "Bu, böyük etimaddır"

0

“Azərişıq” ASC-nin yaradılması “Azərenerji” SC-nin ləğvi demək deyil. Enerjinin istehsalı ilə “Azərenerji” məşğul olur”. Bunu Lent.az-a açıqlamasında dövlət başçısının bugünkü sərəncamı ilə yaradılan “Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayev bildirib.

 

ASC rəsmisi qeyd edib ki, “Bakıelektrikşəbəkə” və onun sədri Baba Rzayev öz işini doğruldub. “Qısa bir müddətdə Bakıda 26 ədəd 110 kv-luq yarımstansiya istifadəyə verilib. Paytaxtda enerji ilə bağlı problem yoxdur. Bu, olduqca uğurlu fəaliyyətdir. Buna görə də prezident İlham Əliyev Baba müəllimə belə bir etimad göstərib”.

 

T. Mustafayev təmsil olunduğu kollektiv adından B. Rzayeva uğurlar arzu edib: “İnanırıq ki, Baba Rzayev öhdəsinə düşən işin öhdəsindən layiqincə gələcək. Çünki o, öz fəaliyyəti ilə bunu sübuta yetirib. “Azərişıq” ASC-nin sədrinə "yolunuz işıqlı olsun” deyirik" - mətbuat xidmətinin rəhbəri əlavə edib.

 

Qeyd edək ki, prezident İlham Əliyev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

 

 “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar