Xızıda yol tikintisinə 8 milyon manat ayrıldı - SƏRƏNCAM
01 avqust 2016 18:18 (UTC +04:00)

Xızıda yol tikintisinə 8 milyon manat ayrıldı - SƏRƏNCAM

0

Prezident İlham Əliyev Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sərəncama əsasən, 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,0 (səkkiz) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar