SOCAR-dan neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
25 dekabr 2014 14:33 (UTC +04:00)

SOCAR-dan neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA

0

Neftin ucuzlaşması şirkətin həyata keçirdiyi layihələr təsir etməyəcək

 

 

Son zamanlar dünya bazarlarında neftin ucuzlaşmasını ARDNŞ gəlirlərini təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

 

“APA-Economics”in məlumatına görə, şirkətin İqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir: “Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkət 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondunun tərəfindən kompensasiya olunacaq”.

 

O, həmçinin bildirib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə də təsir etməyəcək.

 

S. Qasımov bildirib ki, bu layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar