Siqaretin qiyməti arta bilər - <span style="color:red;">AZƏRBAYCANDA
20 noyabr 2014 10:34 (UTC +04:00)

Siqaretin qiyməti arta bilər - AZƏRBAYCANDA

0
Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılması təklif olunur.

 

“APA-Economics”in məlumatına görə, belə bir təkliflə Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Musa Quliyev çıxış edib.

 

Çıxışı zamanı millət vəkili tütün məmulatlarına tətbiq olunan aksiz və ƏDV-nin artırılması ilə bağlı təklif irəli sürüb.

 

Bundan başqa, M. Quliyev qeyd edib ki, bir çox digər ölkələrlə müqayisədə Azərbaycanda tütün məmulatlarının, xüsusilə siqaretin qiymət aşağıdır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1033

Oxşar yazılar