Sabirabad rayonuna 5 milyon manat ayrıldı - <span style="color:red;">SƏRƏNCAM
16 dekabr 2014 18:50 (UTC +04:00)

Sabirabad rayonuna 5 milyon manat ayrıldı - SƏRƏNCAM

0

 

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

 

Dövlət başçısının digər sərəncamı ilə iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar