Prezident Azərbaycan və Seneqal Respublikasının gömrükçülərinin birgə işi barədə Fərman verdi
20 iyul 2016 19:58 (UTC +04:00)

Prezident Azərbaycan və Seneqal Respublikasının gömrükçülərinin birgə işi barədə Fərman verdi

0

 

 

Ölkə prezidenti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikasının Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Fərmanda aşağıdakılar bildirilir:

 

 

 - Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikasının Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında 2016-cı il mayın 18-də Dakar şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Respublikası Hökumətinə bildiriş göndərsin.

 

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyul 2016-cı il.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar