Prezident Naxçıvana 2 milyon manat pul ayırdı - <span style="color:red;">SƏRƏNCAM
15 fevral 2018 18:05 (UTC +04:00)

Prezident Naxçıvana 2 milyon manat pul ayırdı - SƏRƏNCAM

0

Prezident İlham Əliyev fevralın 15-də Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar