“Ötürülən və qəbul edilən məlumatların təhlükəsizliyini təmin etmək üçün “Azərkosmos” ASC tərəfindən xüsusi şifrələmə texnologiyaları istifadə edilir”. Bu barədə Lent.az-a Səhmdar Cəmiyyətdən məlumat verilib. “Azərspace-
Qurumdan o da bildirilib ki, “Azərspace-1”in orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrü üzrə sığorta olunması məqsədi ilə 2012-ci ildə Böyük Britaniyanın “Marsh” sığorta brokerinin vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb. Müqavilə imzalanarkən aparıcı beynəlxalq reytinq şirkəti olan “Standart&Poors”un qiymətləndirmə sistemi ilə A və AA yüksək etibarlılıq dərəcəsinə malik olan şirkətlərə üstünlük verilib. “Əlamətdar haldır ki, müqavilədə “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən 2012-ci ilədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub”.