Vergilər Nazirliyi vergi daxilolmaları barədə məlumat yayıb. Lent.az-ın məlumatına görə. Bu ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz tapşırığına 103,2 faiz əməl edilib.
Qeyri-neft-qaz sektoru üzrə 666 milyon 635,9 min manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.