Məşhur şirkətin lotereya oyunu dayandırıldı  - <span style="color:red;">KOMİTƏ
16 dekabr 2014 17:45 (UTC +04:00)

Məşhur şirkətin lotereya oyunu dayandırıldı - KOMİTƏ

0

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “Şirinlər” günəbaxan tumlarının istehsalçısı olan “Şərq Qərb” ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. Bu barədə Lent.az-a QKDK-dən məlumat verilib. Komitə lotereyanın dayandırılması barəsində göstəriş verib.

QKDK “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar