Gömrük bəyannamələrinin tərtibinə görə <span style="color:red;">70 faiz GÜZƏŞT
27 yanvar 2016 11:53 (UTC +04:00)

Gömrük bəyannamələrinin tərtibinə görə 70 faiz GÜZƏŞT

0

Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

 

“Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

 

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar