Nazirlik əsassız qiymət artıran bir marketi cəzalandırdı
11 mart 2015 12:12 (UTC +04:00)

Nazirlik əsassız qiymət artıran bir marketi cəzalandırdı

0

Azərbaycanda əsassız qiymət artımına yol verən daha bir market cəzalandırılııb. İqtisadiyyat və Sənaye Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus "Laçın" marketdə yoxlama aparılıb. Yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.


Belə ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.


Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar