Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarələrində <span style="color:red;">YOXLAMA
01 avqust 2014 16:39 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarələrində YOXLAMA

0

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan Lent.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirinin nəticələri üzrə Hesabat və  Rəy  geniş müzakirə olunaraq müvafiq qərar qəbul edilib. 

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınmışdır. 

Kollegiyada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən büdcədənkənar (xüsusi) vəsaitlərin və dövlət rüsumlarının hesablanılması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna, dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar (xüsusi) vəsaitlərin istifadəsinə, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair Audit proqramları  da təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1284

Oxşar yazılar