Bakıda daha bir yol bağlanıb. “Azəryolservis” SC-dən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan hissəsində gediş, eləcə də yolun eni boyu köməkçi yollarda hərəkət tam dayandırılıb.
Buna səbəb yolun hərəkət hissəsinin üfüqi nişanlanmasının həyata keçirilməsidir.
Yolun bağlanması nəticəsində “20 Yanvar”dan gələn nəqliyyat vasitələri Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Müzəffər Nərimanov küçəsi istiqamətinə getmək mümkün olacaq.