Bu il Azərbaycanda ÜDM neçə milyard manat olub? - RƏSMİ
15 sentyabr 2017 16:30 (UTC +04:00)

Bu il Azərbaycanda ÜDM neçə milyard manat olub? - RƏSMİ

0

 

2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 mlrd. 713,2 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% az ümumi daxili məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4% artıb, neft sektorunda isə 7,6% azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8% təşkil edib. Əlavə dəyərin 40,1%-i sənayedə, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə, 16,2%-i isə digər sahələrdə istehsal edilib.

 

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar