Azərbaycanda yeni qurum yaradıldı - <span style="color:red;">QƏRAR
05 iyun 2014 16:52 (UTC +04:00)

Azərbaycanda yeni qurum yaradıldı - QƏRAR

0

Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb. Lent.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rəsizadə qərar qəbul edib. Qərarla Mərkəzin işçilərinin say həddi 135 vahid müəyyən edilib.

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin müasir avadanlıq və vasitələrlə təmin edilməsi və 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə sının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Dövlət Dəniz Administrasiyasına 2.565.265,0 manat məbləğində vəsait ayrılıb.

Dövlət Dəniz Administrasiyasına, Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti-nə tapşırılıb ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Mərkəzin əsas məqsədi Administrasiya tərəfindən təşkil olunan dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin fəaliyyətinin təmin olunmasından, gəmilərin nəzarət yoxlamasının və liman kapitanlarının fəaliyyətinin səmərəli təşkilindən, bələdçi xidmətinin göstərilməsindən və dəniz üzgüçülüyündə naviqasiya təminatının həyata keçirilməsindən ibarətdir.

Mərkəz Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil edir. Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda bələdçi xidmətini göstərir;

Gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyən edilməsinə dair təkliflər verir. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyü qaydalarına əməl edilməsinə nəzarət olunmasında iştirak edir. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin üzmə rejiminə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir.

3.2.8. Mərkəz həmçinin, alınması, bununla bağlı elektron məlumat bazasının yaradılması və işlək vəziyyətdə saxlanılması məqsədi ilə tədbirlər görür. Dəniz nəqliyyatı sahəsində qanunvericiliyə uyğun olaraq, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətini təşkil edir və.s

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin nəzdində Liman Nəzarəti Müfəttişliyi Xidməti və Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2615

Oxşar yazılar