Azərbaycan və Rusiya arasında müxtəlif sahələrdə əlaqələrin erspektivlərinə dair dəyirmi masalar keçirilib
23 iyun 2014 20:16 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında müxtəlif sahələrdə əlaqələrin erspektivlərinə dair dəyirmi masalar keçirilib

0
Bu gün Qəbələ şəhərində V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan və Rusiya arasında humanitar, energetika, nəqliyyat və investisiya sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan və Rusiya arasında energetika sahəsində əməkdaşlığa dair Dəyirmi Masada hər iki ölkəni təmsil edən müvafiq dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin, o cümlədən Azərbaycan tərəfindən ARDNŞ, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Azneftkimyamaş” ASC, Rusiya tərəfindən “NAİR”, “SVAP ballast boru kəmərləri”, “İjmetmaş”, “Qazprombank”, “İNTRA TUL” kimi şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə hər iki ölkənin energetika sistemi və onun inkişaf perspektivləri barədə hazırlanmış təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb, energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş nəqliyyat sahəsində əməkdaşlığa dair Dəyirmi Masada dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatı, yol təsərrüfatı sahəsində əlaqələr və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Humanitar sahə üzrə Dəyirmi Masada hər iki ölkənin humanitar sahədə təcrübəsini və bu sahədə qazanılmış uğurları əks etdirən təqdimatlar keçirilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivləri və istiqamətləri müzakirə olunub. Dəyirmi Masada elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

“İnvestisiya sahəsində əməkdaşlıq. Nəticələr, imkanlar, perspektivlər” Dəyirmi Masasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilib, AZPROMO və Rusiyanın Milli İnvestisiya Agentliyi tərəfindən Azərbaycanda və Rusiyada biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, hər iki ölkənin şirkətləri bir sıra investisiya layihələrinə dair məlumatlar verib, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı və Rusiyanın müxtəlif regionlarının təqdimatları keçirilmiş, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. Dəyirmi masada Rusiya Federasiyasının İnquşetiya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə AZPROMO arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və İnquşetiyaının iqtisadi inkişaf naziri Yusup Zurabov imzalayıblar.

Bu gün Qəbələ şəhərində keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya nümayəndə heyəti İsmayıllı rayonunun İvanovka kəndində olub.

Burada qonaqlara İvanovkanın tarixi, mədəniyyəti və sakinlərin əsas məşğuliyyət sahələri barədə məlumat verilib, İvanovka Folklor Ansamblı tərəfindən Azərbaycan və rus dillərində mahnılar səsləndirilib. Qonaqlar həmçinin, Qəbələ heyvandarlıq kompleksi və Qəbələ piano zavodu ilə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar