Prezident İlham Əliyev Arif Əsgərovu nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edib. Lent.az-ın məlumatına görə, ölkə başçısının digər sərəncamı ilə A.Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 23 iyul 2009-cu il tarixli sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdi.
Nəqliyyat Nazirliyinin əsasnaməsinə əsasən, nazirin iki müavini postu təsis edilib. Lakin nazirlik yarandığı vaxtdan (2003-cü il ) “nəqliyyat nazirinin müavini” postlarından birinə təyinat olmamışdı. Belə ki nəqliyyat nazirinin müavini tək Musa Pənahov idi.